Məşhur menecer İspaniya klubundan getdi
Ramon Monçi “Sevilya”nın idman direktoru postunu tərk edib.
Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Monçi futbolçu dövründə “Sevilya”nın qapısını qoruyub. Onun idman direktoru kimi karyerası 2000-ci ildə başlayıb. Monçi “Roma”ya gedənə qədər 17 il “Sevilya”da çalışıb. Menecer 2019-cu ildə yenidən doğma klubuna qayıdıb.
İspaniya klubu XXI əsrdə 7 dəfə UEFA kuboku/Avropa Liqasında qalib gələrək rekord müəyyənləşdirib.
Monçinin “Aston Villa”ya getməsi gözlənilir. İngiltərə təmsilçisini ispaniyalı mütəxəssis Unai Emeri çalışdırır.







