Məşhur mütəxəssis 74 yaşında məşqçilik fəaliyyətini bərpa etdi
Luis Felipe Skolari məşqçilik fəaliyyətini bərpa edib və “Atletiko Mineyro” klubunun sükan arxasına keçib. Msport.az xəbər verir ki, braziliyalı mütəxəssislə 2024-cü ilin dekabrına kimi müqavilə bağlanıb.
74 yaşlı məşqçinin son klubu 2022-ci ildə ayrıldığı “Atletiko Paranaense” olub. O, 2022-ci ilin noyabrında məşqçilik karyerasını başa vurduğunu açıqlamışdı.
Skoları Braziliya və Portuqaliya millilətini, həmçinin “Çelsi”, “Palmeyras”, “Qremio”, “Kruzeyro” kimi klubları çalışdırıb.
Skolarinin rəhbərliyi altında Braziliya komandası 2002-ci ildə dünya çempionu olub.
ANAR







