featured-image-41887

İngiltərə millisinin sabiq baş məşqçisi Sven-Göran Eriksson sağalmaz xərçəng xəstəliyinə tutulub.

Msport.az xəbər verir ki, bu barədə 75 yaşlı mütəxəssis öz açıqlamasında bildirib.

“Ən yaxşı halda bir il ömrüm qalıb. Ən pis halda isə daha az. Amma söz verirəm ki, bacardığım qədər mübarizə aparacağam”.

Eriksson İngiltərə yığmasının tarixində ingiltərəli olmayan ilk məşqçidir. O, 2001-2006-cı illərdə yığmaya rəhbərlik edib.

Eriksson ən böyük uğurunu “Latsio”nun baş məşqçisi kimi əldə edib. Onunla klub tarixində 2-ci İtaliya çempionluğunu, eləcə də 2 İtaliya kubokunu qazanıb. Bundan əlavə, mütəxəssis “Roma”, “Benfika” və “Sampdoriya”nı çalışdırıb. Onun son iş yeri Filippin millisi olub.

Bənzər xəbərlər