featured-image-33782

2008 və 2010-cu illərin ən yaxşı polşalı futbolçusu seçilmiş Yakub Blaşsikovski karyerasını başa vurduğunu açıqlayıb.

Msport.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçinin son klubu “Visla Krakov” idi. O,  son mövsümün ikinci yarısını zədələndiyi üçün buraxmışdı.

Blaşsikovski “Stradom”, “Visla”, “Borussia Dortmund”, “Fiorentina” və “Volfsburq” kimi klublarda çıxış edib.

Yakub Polşa milli komandasının heyətində 109 oyun keçirib və 21 qol vurub.

Qeyd edək ki, Blaşsikovski 1 dəfə Polşa çempionu (2004/2005), iki dəfə Almaniya çempionu (2010/2011 və 2011/2012), 1 dəfə Almaniya kubokunun qalibi (2011/2012) və iki dəfə Almaniya Superkubokunun qalibi (2013/2014 və 2014/2015) olub.

Royal Türksoy

Bənzər xəbərlər