featured-image-30185

Portuqaliyalı məşqçi Leonardo Jardim Qətərin “Əl Rayan” klubuna rəhbərlik edə bilər. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, hazırda danışıqların son mərhələsi gedir, vaxtlarda təyinat rəsmiləşə bilər.

Jardim daha çox “Monako”dakı fəaliyyəti ilə (2014 – 2018 və 2019) tanınıb. O, 2016-2017 mövsümündə “Monako”ya Fransa çempionatının qızıl medallarını qazandırıb. Həmin il knyazlıq klubu Çempionlar Liqasında yarımfinala kimi irəliləyib.

48 yaşlı mütəxəssis 2020-2021 mövsümündə “Əl Hilal”ın baş məşqçisi olub və Asiya Çempionlar Liqasını qazanıb. Bundan sonra o, BƏƏ-nin “Şabab Əl Əhli” klubunda işləyib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər