featured-image-25476

“Barselona”nun yarımmüdafiəçisi Pedri zədə səbəbindən “Real”la oyunda komandasına kömək edə bilməyəcək. Msport.az “Diario Sport”a istinadən xəbər verir ki, ombasından aldığı zədədən sonra bərpa keçən futbolçu bu günkü məşqdə ağrı hiss edib və yarımçıq kənara çəkilib.

Pedrinin həftəsonu El Klasikoda oynaması demək olar ki, mümkün deyil.

Yarımmüdafiəçi zədə səbəbindən fevralın 16-dan forma geyinmir.

Xatırladaq ki, “Barselona” – “Real” matçı bazar günü gecə saat 00:00-da start götürəcək.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər