featured-image-40535

Argentina millisinin kapitanı Lionel Messi tarixi rekordu təkrarlayıb.

Msport.az xəbər verir ki, 36 yaşlı superulduz yığmanın heyətində keçirdiyi son 15 oyunun 14-də qol vurmaqla bunu bacarıb.

Belə ki, 5 iyun 2022-ci il – 8 sentyabr 2023-cü il tarixləri aralığında ardıcıl 14 qarşılaşmada fərqlənib. Leonun seriyası oktyabrın 13-də Paraqvayı 1:0 hesabı ilə məğlub etdikləri görüşdə qırılıb. Həmin matçda Messi ikinci hissədə meydana daxil olub.

Son dünya çempionu bununla braziliyalı Leonidas da Silvanın rekordunu təkrarlayıb. “Sambaçı” 1932-1940-cı illər aralığında keçirdiyi ardıcıl 15 qarşılaşmanın 14-də qol vura bilib.

Bənzər xəbərlər