featured-image-37887

“İnter Mayami”nin futbolçusu Lionel Messi MLS-də “Çikaqo Fayr”la səfər matçında iştirak etməyib.

Msport.az xəbər verir ki, argentinalı hücumçu ayağındakı zədə səbəbindən ardıcıl dördüncü matçı buraxıb.

DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün sentyabr ayında Argentina millisinə getdikən sonra futbolçu klubu üçün meydanda cəmi bir oyun keçirib.

Qeyd edək ki, “Çikaqo Fayr” – “İnter Mayami” görüşü meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Bənzər xəbərlər