Messi assistlərlə “İnter Mayami”ni qələbəyə daşıdı
“İnter Mayami” Liqa Kuboku matçında “Atlas”la qarşılaşıb.
Msport.az xəbər verir ki, Fort Lauderdeyl şəhərində yerləşən “Çeyz Stadium”da baş tutan görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Argentinalı hücumçu Lionel Messi iki məhsuldar ötürmə verib. “İnter Mayami”nin sonuncu qələbə qolu 90+6-cı dəqiqədə gerçəkləşib.
Qeyd edək ki, “İnter Mayami” növbəti matçında “Necaxa” ilə qarşılaşacaq. Görüş avqustun 3-də baş tutacaq.