featured-image-28206

PSJ-nin hücumçusu Lionel Messinin karyerasını davam etdirmək üçün 4 variantı var.

Msport.az “Diario Sport”a istinadən xəbər verir ki, argentinalı futbolçunun hazırda iki real təklifi var. O, PSJ-dən və Səudiyyə Ərəbistanının “Əl Hilal” klublarından təklif alıb.
“Əl Hilal” 35 yaşlı futbolçuya illik 400 milyon avroluq müqavilə göndərib.
Messini sabiq komandası Barselona” və “İnter Mayami” də istəyir.
Mənbənin sözlərinə görə, ulduz futbolçu Avropadan kənara çıxmaq istəmir. Messi növbəti dəfə “Qızıl top”u qazanmaq arzusundadır, buna görə də o, Avropada qalmağa üstünlük verir.
Xatırladaq ki, dünya çempionunun PSJ ilə müqaviləsi iyunda başa çatır.

ANAR

Bənzər xəbərlər