featured-image-47497

ABŞ-nin “İnter Mayami” klubunda çıxış edən Argentina millisinin futbolçusu Lionel Messi MLS-də ötən ayın ən yaxşı oyunçusu adına layiq görülüb.

Msport.az yarışın saytına istinadən xəbər verir ki, 36 yaşlı forvard apreldə meydana çıxdığı 4 oyunda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, fevral-mart aylarının ən yaxşı oyunçusu mükafatını “İnter Mayami”nin digər hücumçusu Luis Suares qazanıb.

Bənzər xəbərlər