featured-image-28080

“Barselona”nın prezidenti Joan Laporta azarkeşlərlə söhbəti zamanı bildirib ki, Lionel Messi kluba qayıdacaq. Msport.az xəbər verir ki, o, İspaniya La Liqasının 29-cu turunun “Xetafe” ilə oyunundan qabaq stadionda tamaşaçılarla şəkil çəkdirərkən bu suala cavab verib.

Fanatlardan biri klub rəhbərindən soruşub ki, “Messi komandaya dönəcəkmi”. Laporta tərəddüd etmədən “si” (İspan dilində bəli) cavabını verib. Laportanın azarkeşlə dialoqu sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, yayılan söz-söhbətə görə, BƏƏ-dən olan fond Kataloniya klubunun maliyyə feyr-pleyi ilə bağlı problemi yaranmasın deyə, “Barsa”ya sərmayə qoyacaq. Bu zaman Messinin transferi üçün heç bir əngəl qalmayacaq.

ANAR ABDULLAYEV

 

Bənzər xəbərlər