featured-image-26816

PSJ-nin hücumçusu Lionel Messi ciddi şəkildə “Barselona”ya qayıtmaq haqqında düşünür. Msport.az xəbər verir ki, bu haqda jurnalist Qaston Edul tvitterdə yazıb.

Onun sözlərinə görə, 35 yaşlı argentinalı futbolçu 2022-ci ilin dekabrında Paris klubuna müqaviləsinin uzadılacağı ilə bağlı söz verib. Tərəflər şifahi razılıq əldə etsələr də, sonra vəziyyət dəyişib.

İndi hücumçu klub ona təklif göndərəcəyi halda “Barsa”ya dönməyə hazırdır. Argentina millisinin lideri yenidən Kataloniya klubunda çıxış etmək istəyir.

Leonun dönüşü baş tutarsa, “Barsa” 10 nömrəli formanı Ansu Fatidən alıb ona verəcək. Fatiyə 10 nömrə 2021-ci ildə Messi komandanı tərk edəndə verilmişdi.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər