featured-image-24799

Lionel Messi yenidən “Barselona”ya qayıtmaq istəyir. Msport.az xəbər verir ki, bu iddianı jurnalist Esteban Edul tvitterdə səsləndirib.

Mənbənin sözlərinə görə, argentinalı futbolçunun PSJ-də qalması idman prinsipləri və ailəvi səbəblərdən çətin görünür. Leo “Barselona”ya keçmək istərdi. Lakin iş orasındadır ki, Kataloniya klubu öz keçmiş liderini qaytarmaq üçün heç bir addım atmayıb.

Xatırladaq ki, 35 yaşlı hücumçunun Paris təmsilçisi ilə müqaviləsi bu mövsümün sonunda başa çatır. O, 2021-ci ildən PSJ-də çıxış edir. Buna qəsdər Messi uzun illər “Barsa”nın şərəfini qoruyub.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər