featured-image-26758

Lionel Messi “Barselona”ya qayıtsa, alacağı əməkhaqqı məlum olub.
Msport.az xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Kataloniya klubu argentinalı hücumçuya ən yaxşı halda ilə 10 milyon avro təklif etmək niyyətindədir. Bundan başqa, sponsorlardan gələn gəlirdən, həmçinin bilet və futbolçunun forma satışından da ona faiz verməyi planlaşdırırlar.

Qeyd edək ki, bir müddət əvvəl “Barsa” rəsmiləri Leonun qayıtması istiqamətində danışıqlar apardıqlarını təsdiqləmişdilər. Baş məşqçi Xavi hücumçunun dönməsi üçün əlindən gələni edəcəyini demişdi.
Messinin PSJ ilə müqaviləsi iyunda başa çatır.

ANAR

Bənzər xəbərlər