Messi “Barselona”ya qayıdır?
“İnter Mayami”nin kapitanı Lionel Messi doğma klubu “Barselona”ya qayıda bilər.
Msport.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Bildirikib ki, Argentina millisinin liderinin mövsümün sonunda İspaniya komandasına dönmək ehtimalı yüksəkdir. 37 yaşlı oyunçu karyerasının sonunu yeni təmir olunmuş “Nou Kamp”da keçirmək arzusundadır. Messinin ABŞ klubu ilə hazırkı müqaviləsi bu ilin sonuna qədərdir.
Qeyd edək ki, Lionel Messi 2003-2021-ci illərdə “Barselona”nın formasını geyinib.