Messi Barselonaya niyə gedib?
Lionel Messi xanımı Antonella ilə Barselonaya yollanaraq Jordi Alba və Serji Busketslə ailəvi görüşüblər.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, argentinalı dünya çempionu PSJ – “Lill” oyunu başa çatan kimi Kataloniyaya səfər edib.
Orada köhnə dostlar bir araya gələrək ailəvi şam yeməyinə gediblər.
Yeri gəlmişkən, son vaxtlar Messi ilə Busketsin gələn mövsüm MLS-də “İnter Mayami” klubunda yenidən birgə çıxış edəcəyinə dair söz-söhbətlər gəzir.
ANAR ABDULLYAEV







