featured-image-25462

PSJ-nin baş məşqçisi Kristof Qaltye Lionel Messinin klubdakı gələcəyi haqqında danışıb. Msport.az “RMC Sport”a istinadən xəbər verir ki, fransalı mütəxxəssis argentinalı futbolçunun Parisdə özünü xoşbəxt hiss etdiyini deyib:

“Mən bilirəm ki, Leo, klubun menecmenti və prezident tez-tezz danışırlar. Söhbətin xırdalıqlarından məlumatsızam. Əvvəl də dediyim kimi hər kəs qərarı özü verir. Leo PSJ-nin paltardəyişmə otağında xoşbəxt görünür.

Onun bu mövsüm 8 qolu və 17 asisti var. Bəli, “Bayern”lə oyundan sonra müəyyən fikirləri gördüm. Lakin Messi tək oynamırdı. Bir çox matçlarda oyunun taleyini o, həll edib.

Paltaardəyişmə otağındakı davranışına görə Messi PSJ üçün çox vacib oyunçudur. O, hər gün məşq edir, hər zaman oynamağa hazırdır, Komanda yoldaşlarının daha oynaması üçün də əlindən gələni edir.

Onun klubdakı gələcəyinə gəlincə isə, indi bu haqda danışmaq çox tezdir”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər