Messi: “Belə şəraitdə oynamaq çətindir”
Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Venesuelaya qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, kapitan meydançanın durumundan narazı olduğunu dilə gətirib:
“İyrənc oyun idi. Meydanda su yığılırdı və ardıcıl ötürmə etmək olmurdu. Belə şəraitdə oynamaq çətindir”.
Qeyd edək ki, güclü yağış səbəbindən oyun 15 dəqiqə gec başlayıb. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.