featured-image-69218

Argentina millisinin lideri Lionel Messi DÇ-2026-da iştirak edib-etməyəcəyi barədə sualı cavablandırıb. Msport.az xəbər verir ki, “İnter Mayami”nin futbolçusu DÇ-2026-nın Venesuela ilə seçmə oyunundan (3:0) sonra bu barədə açıqlama verib:

“Dünya çempionatı barədə əvvəl dediyim fikrin üstündə qalıram. Düşünmürəm ki, bir də oynaya bilim. Yaşımı nəzərə alsaq, məntiqli olar ki, iştirak etməyim. Lakin biz artıq hədəfə çatmaq üzrəyik. Ona görə də mən çox motivasiyalı və  həvəsliyəm. Həmişə dediyim kimi hazırda bu günlə yaşayıram.

Özüm özümlə səmimi olmağa çalışıram. Özümü yaxşı hiss edəndə xoşuma gəlir, Əgər mənə pisdirsə, oynamamağa çalışıram. Baxaq, görək necə olacaq. Dünya çempionatı ilə bağlı hələ yekun qərar verməmişəm.

 

Bənzər xəbərlər