Messi növbəti dünya çempionatında çıxış edə bilər
“Marca” tərəfindən bütün dövrlərin ən yaxşı futbolçusu seçilən Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-da iştirakla bağlı sualı cavablandırıb.
Msport.az xəbər verir ki, 37 yaşlı superulduz bunu istisna etməyib:
“Futbol oynamağı sevirəm. Milli komanda ilə çətin günlər keçirdim və indi baş verənlərə görə minnətdaram. Vaxt bitdiyi üçün bundan istifadə edirəm. Hər gündən həzz almağa çalışıram. Vaxtı gələndə görəcəyik, mən tələskənlik etməyi sevmirəm. Ümid edirəm ki, eyni səviyyədə çıxış edə biləcəyəm, özümü yaxşı hiss edəcəyəm və xoşbəxt olacağam. Bu, mənim üçün turnirə gedib-getməməkdən daha önəmlidi”.
Qeyd edək ki, Argentina yığması son dünya çempionatının qalibidi.