Messi DÇ-2026-da oynayacaq? - "Onu razı salmağa çalışacam"
Argentina millisinin baş məşqçisi Lionel Skalone Lionel Messiin DÇ-2026-da oynama perespektivini dəyərləndirib. Msport.az “TyC Sports”a istinadən xəbər verir ki, o, PSJ-nin futbolçusunu razı salmağa çalışacağını deyib:
“Leonel qaydasındadır, o, bura gəlib ki, oynasın. Messi fərqli qərar verməyənə qədər biz onu milli çağırmağa davam edəcəyik. Hətta qərarını dəyişəndə belə, onu razı salmağa çalışacam”.
Argentina yığması martda Panama və Kürasao komandaları ilə iki yoxlama oyunu keçirəcək.
2005-ci ildən Argentina millisinə çağrılan Messi yığmanın ən yaxşı bombardiridir. Qətərdəki dünya çempionatında qızıl medal qazanan PSJ-nin hücumçusu həm də mundialın ən yaxşı oyunçusu hesab olunub.
ANAR ABDULLAYEV







