Messi DÇ-2026-da oynayacaqmı? - Özü açıqladı
Lionel Messi böyük ehtimalla DÇ-2026-da çıxış etməyəcək. Msport.az xəbər verir ki, Argentina millisinin kapitanı növbəti mundialla bağlı qərarını açıqlayıb:
“Yaş baxımından mənə orada oynamaq çətin olacaq. Seçmə mərhələnin matçları, Copa America var. İndi dünya çempionatı haqqında düşünmək çox tezdir”.
Xatırladaq ki, Messinin lideri olduğu Argentina seçməsi Qətərdə keçirilən son dünya çempionatında qızıl medala layiq görüldülər.
35 yaşlı futbolçu bu yaxınlarda “İnter Mayami” klubu ilə müqavilə bağladı.
ANAR ABDULLAYEV







