Messi Disneylendə baş çəkib - FOTO
PSJ-nin hücumçusu Lionel Messi ailəsi ilə birgə Parisdəki məşhur Disneylendə baş çəkib.
Msport.az “Marca”ya istinadən xəbər verir ki, ulduz futbolçu papaq və maskadan istifadə edərək azarkeşlərdən gizləyməyə çalışıb. Hərçənd pərəstişkarları Messi ilə həyat yoldaşı Antonellanı tanıyıblar və ondan avtoqraf istəyiblər.
Gəzintidə argentinalı futbolçunun ailə üzvləri yanaşı, “Barselona”nın sabiq futbolçusu Sesk Fabreqasın da ailəsi iştirak edib.

ANAR







