featured-image-30540

Lionel Messi Parisdə “Barselona”nı tərk edən Jordi Alba və Serxio Busketslə görüşüb. Msport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Şam yeməyi “Barselona” çempionluğunu rəsmiləşdirdikdən sonra komandaya verilən istirahət günündə baş tutub. Söhbət əsnasında ispaniyalı futbolçular Messidən gələcəyi ilə bağlı soruşublar. Argentinalı hücumçu bildirib ki, hələ də “Barselona”dan təklif almayıb.

PSJ ilə müqaviləsi başa çatan 35 yaşlı futbolçuya “Barsa” və “Əl Hilal” iddia edir.

ANAR

Bənzər xəbərlər