Messi dublla “İnter Mayami”ni qələbəyə daşıdı - VİDEO
Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.
Msport.az xəbər verir ki, sözügedən komanda səfərdə “Nyu-York Siti” ilə qarşılaşıb.
Matç “İnter Mayami”nin darmadağını ilə başa çatıb – 4:0. Messi bu matçda iki qol vurub. Komandada Baltasar Rodriqes və Luis Suares də fərqlənib.
“İnter Mayami” 29 oyundan sonra 55 xalla 3-cü sıradadır.