featured-image-66987

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu Lionel Messi ilə danışıqlara başlayıb.

Msport.az xəbər verir ki, ərəb klubu argentinalı hücumçunun “İnter Mayami” (ABŞ) ilə müqaviləsinin müddəti bitdikdən sonra heyətə cəlb etmək niyyətindədir.

“Əl-Əhli” rəhbərliyi argentinalını bir neçə həftədir ki, razı salmağa çalışır. Tərəflər arasında maliyyə məsələsi ilə bağlı detallar açıqlanmayıb.

Qeyd edək ki, Messinin Amerika klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin dekabrına qədərdir.

Bənzər xəbərlər