featured-image-28497

PSJ-nin hücumçusu Lionel Messi mayın 1-də Səudiyyə Ərəbistanının “Əl Hilal” klubunun nümayəndələri ilə görüşəcək.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, görüş Paris klubunun “Loryan”la oyununun ertəsi günü olacaq. “Əl Hilal” Argentina yığmasının üzvünü dünyanın ən yüksək ödənişli futbolçusu etmək istəyir. Ərəblər illik 400 milyon avro əməkhaqqı təklif edir.

35 yaşlı forvardın PSJ ilə müqaviləsi iyunda başa çatır. O, 2021-ci ilin yayında Fransa komandasına keçib.

ANAR

Bənzər xəbərlər