Messi "Əl Hilal" yolunda - 1,2 milyard avroluq müqavilə
Lionel Messi “Əl Hilal”a keçməyə yaxındır. Msport.az “Foot Mercato”ya istinadən xəbər verir ki, PSJ-nin hücumçusu “Barselona” və Səudiyyə Ərəbistanı klubu arasında seçim etməli olacaq.
Ər-Riyad təmsilçisi argentinalı futbolçuya 2 ill 1,2 milyard avro olan müqavilə təklif edib.
Messi ildə 600 milyon avro maaşla dünyanın ən yüksək ödənişli idmançısı ola bilər. Forvardın təmsilçiləri – atası və qardaşı dünya futbolunda ən yüksək menecer haqqı alacaqlar.
İddia olunur ki, Xorxe Messi artıq təklifi qəbul edib. Futbolçu özü isə ümid edir ki, “Barselona” hansıda addım atacaq.
ANAR ABDULLAYEV







