Messi ən yaxşı seçildi – 9-cu dəfə
Lionel Messi MLS-də turun ən yaxşı oyunçusu seçilib.
Msport.az xəbər verir ki, argentinalı futbolçu “İnter Mayami”nin ötən həftəsonu “Monreal İmpakt”a 4:1 hesabı ilə qalib gəldiyi oyunda iki qol vurub və məhsuldar ötürmə verib.
Beləliklə, Messi MLS-in hazırkı mövsümündə üçüncü dəfə turun ən yaxşısı seçilib. Leo “İnter Mayami”dəki karyerası ərzində 9-cu dəfə bu şərəfə layiq görülüb. Argentinalı 2023-cü ildən MLS-də çıxış edir.
Qeyd edək ki, Messi bu mövsüm MLS-də 14 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə verib.