Messi Fransada ən yaxşı seçildi
Lionel Messi Liqa 1-də 2022/2023 mövsümünün ən yaxşı əcnəbi oyunçusu seçilib.
Msport.az xəbər verir ki, Messi bitən mövsümdə PSJ formasıyla Liqa 1-də 32 oyunda 16 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. Messinin komandası mövsümün yekununda 85 xalla Fransa çempionluğunu da qazanıb.
Lionelin keçmiş komanda yoldaşı Kilian Mbappe isə 34 matçda 29 qol və 5 məhsuldar ötürmə ilə liqanın ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsi bu ayın sonu bitir. O, MLS təmsilçisi “İnter Mayami”yə keçəcəyini açıqlayıb.
Royal Türksoy







