featured-image-31594

Kilian Mbappe Lionel Messinin PSJ-dən getməsini dəyərləndirib. Msport.az xəbər verir ki, fransalı hücumçu keçmiş komanda yoldaşının layiq olduğu hörməti görmədiyini deyib.

Messi Paris klubunu azad agent kimi tərk edərək “İnter Mayami”yə keçib:

“Biz dünya futbol tarixinin ən yaxşı oyunçusundan danışırıq. Messi kimi adam gedəndə bu, yaxşı xəbər ola bilməz. Mən başa düşə bilmirəm ki, onun gedişi ilə niyə bu qədər adam sanki rahatlandı.

Gəlin, Messi haqqında danışaq. Ona hörmət etmək lazımdır. Messi Fransada layiq olduğu hörməti görmədi. Kədərli olsa da, məhz belə idi. Onu əvəzləmək üçün əlimizdən gələni etməliyik”.

ANAR

Bənzər xəbərlər