featured-image-24244

PSJ-nin hücumçusu Lionel Messi karyerasını Avropada davam etdirmək istəyir.

Msport.az “Diario Sport”a istinadən xəbər verir ki, o, MLS və Səudiyyə Ərəbistanından gələn təklifləri nəzərə almayacaq.

Daha əvvəl mətbuatda argentinalı hücumçu ilə “İnter Mayami” və “Əl-Hilal”ın maraqlandığı barədə məlumat yayılmışdı.

Həmçinin, “Barselona”nın prezidenti Xuan Laporta Messinin atası ilə futbolçunun “Kamp Nou”ya qayıtması ilə bağlı danışıqlar aparıb.

Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 17 qol vurub və 16 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər