featured-image-31224

Lionel Messi gələcəyi ilə bağlı qərarını verib.
Msport.az xəbər verir ki, bu gün bir çox mənbələr onun “İnter Mayami”yə keçəcəyini yazıb.
Jurnalist Gilyelme Balaqadan sonra “The İndependent”in müxbiri Miqel Dileyni də argentinalı futbolçunun MLS klubu ilə razılığa gəldiyini bildirib.
35 yaşlı hücumçu “Barselona”ya geri dönməyəcəyini deyib.
Argentina millisinin kapitanın “İnter Mayami” və “Əl Hilal”dan konkret təklif aldığı yazılırdı.
Kataloniya klubu da ulduz futbolçunu geri qaytarmağa cəhd edib.
Messinin PSJ ilə müqaviləsi iyunun 30-da başa çatır və o, azad agentə çevrilir.

Bənzər xəbərlər