featured-image-42813

Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi ilə İspaniya “Barselona”sı arasında ilk müqavilənin imzalandığı salfet hərraca çıxarılacaq.

Msport.az xəbər verir ki, sənədin başlanğıc qiyməti 300 min funt-sterlinq təşkil edir.

2000-ci il dekabrın 14-də “Pompey” tennis klubunda Kataloniya təmsilçisinin keçmiş idman direktoru Karles Rekşaç ilə oyunçunun atası Xorxe Messi və nümayəndəsi Orasio Qacoli arasında baş tutan danışıqlardan sonra müqavilə barədə razılıq əldə olunub.

Qeyd edək ki, 2021-ci ilin yayınadək “Barselona”da çıxış etmiş Lionel Messi İspaniya nəhənginin əsas komandasında 520 matçda 474 qolla yadda qalıb.

Bənzər xəbərlər