featured-image-29880

“Barselona”nın prezidenti Joan Laporta bildirib ki, bu günlərdə Lionel Messi ilə danışıb. Msport.az “Diario Sport”a istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbəri argentinalı futbolçu ilə müqavilə bağlamaq istədiklərini deyib:

“Biz bu yaxınlarda yazışdıq. Onu dünya çempionu olması münasibəti ilə təbrik etdim. Neçə ildir tanışıq, danışığımız da çox mehriban şəkildə keçdi.

Messi ilə müqavilə bağlamaq istəyirik. Lakin buna çox pul xərcləyə bilmərik. Klub sərt qənaət rejimindədir. Gələn mövsüm rəqabətə davamlı komanda yaratmaq fikrindəyik. Görək iqtisadi baxımdan planı həyata keçirə biləcəyikmi”.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər