featured-image-71210

“İnter Mayami”nin kapitanı Lionel Messi MLS-in pley-off mərhələsi ilə bağlı proqnozunu açıqlayıb.

Msport.az xəbər verir ki, argentinalı hücumçu müdafiə xəttindən narazılıq bildirib.

O, komandanın MLS Kubokunu qazanma şansını da dəyərləndirib: “Düşünürəm ki, bu mövsüm də, keçən mövsüm kimi, çox inkişaf etmişik. Bəzi oyunçular gəlib, bəziləri isə gedib. Komandanın çox yüksək səviyyədə oynadığı anlar oldu, amma müdafiədə qeyri-sabit olduğumuz, çoxlu qol buraxdığımız və hələ də çatışmayan bir şey olduğu da doğrudur. Bəli, əlbəttə, bəli, MLS Kubokunu qazana bilərik. Amma bu asan olmayacaq. Keçən ilki təcrübəmiz var, müntəzəm mövsümdə birinci yeri tutduq və sonra ilk turda məğlub olduq”.

Qeyd edək ki, “İnter Mayami” pley-off mərhələsi çərçivəsində noyabrın 2-də “Neşvil”lə qarşılaşacaq.

Bənzər xəbərlər