Messi “İnter Mayami”yə qələbə qazandırdı - VİDEO
ABŞ-nin Florida ştatının Fort Lauderdeyl şəhərində MLS-in adi mövsümündə “İnter Mayami” və “Sietl Saunders” komandaları arasında matç keçirilib.
Msport.az xəbər verir ki qarşılaşma “İnter Mayami”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 12-ci dəqiqədə argentinalı hücumçu Lionel Messinin ötürməsi ilə meydan sahiblərinin ispaniyalı müdafiəçisi Jordi Alba açıb. 41-ci dəqiqədə Messi Albanın ötürməsi ilə Mayami komandasının üstünlüyünü möhkəmləndirib.
52-ci dəqiqədə yamaykalı müdafiəçi Yen Frey komandanın üçüncü qolunu vurub. Qonaqlar qollardan yalnız birinə cavab verə biliblər – 69-cu dəqiqədə yarımmüdafiəçi Obed Varqas fərqlənib.
“İnter Mayami” 27 matçda 49 xal toplayaraq MLS-in turnir cədvəlində 5-ci yerə yüksəlib.