featured-image-20617

Braziliyalı futbol ulduzu Ronaldinyo Lionel Messi barədə fikirlərini bildirib.

Msport.az “Telefoot”a istinadən xəbər verir ki, “Barselona”, PSJ, “Milan” kimi klublarda oynamış hücumçu Argentina yığmasının liderinin karyerasını davam etdirməsinin vacib olduğunu deyib:

“Messi mənim üçün kiçik qardaşım kimidir. O, mənim ən yaxın dostumdur. Leo hələ uzun illər futbol oynaya bilər. Əgər istəsə, 50 yaşına kimi karyerasını davam etdirər”.

Bənzər xəbərlər