Messi karyerasında ən yaddaqalan qolunu açıqladı
Lionel Messi 2011-ci ildə Çempionlar Liqasının yarımfinalında “Barselona”nın heyətində “Real”a vurduğu qolu karyerasında ən yaddaqalan olduğunu deyib.
Msport.ax xəbər verir ki, təcrübəli oyunçunun sözləri “Qızıl top”un X sosial şəbəkəsindəki hesabında paylaşılıb.
“Mən həmişə deyirəm ki, vacib qollar Çempionlar Liqasının finalında, Dünya Kubokunun finalında vurulan qollardır. Həmişə xatırladığım qol Çempionlar Liqasının yarımfinalında “Real Madrid”ə 2:0 hesabı ilə qalib gəldiyimiz zaman vurduğumuz qoldur”, – hücumçu qeyd edib.
Oktyabrın 30-da Messi səkkizinci dəfə “Qızıl top”u qazanıb. O, karyerası ərzində 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə bu mükafata layiq görülüb.