Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
Argentina millisinin və “İnter Mayami” klubunun futbolçusu Lionel Messi gələcək karyerası bağlı sualı cavablandırıb. Msport.az xəbər verir ki, hücumçu hazırda bu haqda düşünmədiyini deyib:
“Hazırda özümü yaxşı hiss edirəm və karyeramın hər anından zövq almağa çalışıram. Klubumdan, komanda yoldaşlarımdan, ailəmdən dostlarımdan həzz alıram.
Mən hadisələri qabaqlamaq istəmirəm. Hazırda nə varsa, ondan zövq alıram”.
Qeyd edək ki, bir müddət əvvəl Messinin gələn mövsüm “Barselona”ya qayıdacağına dair xəbər yayılmışdı. Kataloniya klubunun Leonu qısa müddətə icarəyə götürəcəyi deyilir.