Messi karyerasının ən sürətli qolunu vurdu
Lionel Messi karyerasının ən sürətli qolunu vurub.
Msport.az xəbər verir ki, Argentina millisinin hücumçusu Avstraliya ilə yoldaşlıq görüşündə (1:0, ikinci hissə) hesabı açıb. Messi qolu start fitindən 1 dəqiqə 19 saniyə sonra vurub.
Bu, Lionelin karyerasında ən sürətli qoldur. Bundan öncə onun ən tez qolu 2018-ci ildə “Çelsi”yə vurduğu qol idi. O, “zadəganlar”ı start fitindən 2 dəqiqə 7 saniyə sonra məyus etmişdi.
Royal Türksoy







