featured-image-42093

“The Best” mükafatına layiq görülən Lionel Messi səsvermədə 5 xalı Erlinq Haalanda (“Mançester Siti”, Norveç) verib.

Msport.az FİFA-nın saytına istinadən xəbər verir ki, argentinalı hücumçu Kilian Mbappeyə 3 (PSJ, Fransa), Xulian Alvaresə (“Mançester Siti”, Argentina) 1 səs ünvanlayıb.

Ümumi səsvermənin yekununda Lionel Messi “The Best”ə layiq görülüb. Erlinq Haaland 2-ci yeri, Kilian Mbappe isə 3-cü yeri tutub.

Qeyd edək ki, Messi özü “The Best”in mükafatlandırılma mərasiminə qatılmayıb. Yayılan xəbərlərə görə, onun bu qərarı verməsinə səbəb “The Best” mükafatını qazanacağına inanmaması olub. 36 yaşlı hücumçu karyerasında 3-cü dəfə bu mükafatı əldə edib.

Bənzər xəbərlər