Messi klubundan ayrılır?
Argentina millisinin kapitanı Lionel Messi ABŞ-ın “İnter Mayami” klubundan ayrıla bilər.
Msport.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
37 yaşlı oyunçu gələcək karyerası ilə bağlı qərarını verib. O, MLS klubu ilə müqaviləni yeniləməyəcək.
Forvardın ABŞ klubu ilə sözləşməsi gələn ilin sonuna qədərdi. Messi həmin vaxt “İnter Mayami”ni tərk etməkdə qərarlıdı. Dünya çempionu karyerasının son bir ilini ilk komandası olan “Nyuells Old Boys”da keçirmək arzusundadı.
Qeyd edək ki, Lionel Messi ötən ilin yayından “İnter Mayami”nin formasını geyinir. O, MLS klubunun heyətində keçirdiyi 32 oyunda 27 qol vurub, 17 məhsuldar ötürmə verib.