Messi Liqa 1-də ən yaxşı seçildi
PSJ-nin argentinalı hücumçusu Lionel Messi Fransa Liqa 1-də ötən ayın ən yaxşı oyunçusu seçilib.
Msport.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, argentinalı futbolçu səslərin 57 faizini qazanıb. Sentyabrda o, Fransa çempionatında 3 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
35 yaşlı argentinalı cari mövsümdə Paris klubunun heyətində bütün turnirlərdə 14 oyuna çıxıb, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.