"Messi Martinesə nəsə deməli idi" - Çeferin argentinalı qapıçının məşhur jestindən danışdı
UEFA Prezidenti Aleksandr Çeferin Argentina millisinin qapıçısı Emiliano Martinesin dünya çempionatındakı məşhur jestini tənqid edib. Msport.az “Marca”ya istinadən xəbər verir ki, o, Messinin həmin vaxt komanda yoldaşına diqqət yetirməli olduğunu vurğulayıb:
“Messi ona nəsə deməli idi. Bunun qarşısını almağa çalışmalı idi. Ən azı Messi Mbappe ilə bir klubda çıxış edir. Bütün il boyu bir yerdə ourlar. Fikir verdiniz, Martines penalti seriyası zamanı özünü necə apardı. Başa düşmürəm, o, niyə Mbappeni müqəvva və bu kimi şeylərlə məsxərəyə qoyur”.
Martines Qətərdə keçirilən dünya çempionatında ən yaxşı qapıçı mükafatını alarkən etdiyi məşhur jest birmənalı qarşılanmadı. Çeferin bunu “iyrənc hərəkət” adlandırıb.
UEFA prezidenti hesab edir ki, bu jest dünya kubokunu qazanmaq kimi böyük hadisənin qeyd olunmasını korladı: “Belə eləmək olmaz.. Dünya çempionu olmusan! Bir az böyüklük göstər, primitiv olmadığını sübut elə. Mükəmməl qapıçı ola bilərsən, yaxşı insan deyilsənsə…”
ANAR ABDULLAYEV







