featured-image-32424

Lionel Messi və Serxio Busketsi heyətinə cəlb edən “İnter Mayami” yeni baş məşqçisinin də adını açıqlayıb. Msport.az xəbər verir ki, MLS təmsilçisi Xerardo Martinonu bu posta təyin edib.

60 yaşlı Martino Messi ilə həm Argentina millisində, həm də “Barselona”da çalışıb. Argentinalı mütəxəssis 2013-2014 mövsümündə Kataloniya klubuna rəhbərlik edib. “Barsa” onun rəhbərliyi altında İspaniya Superkubokunu qazanıb.

Təcrübəli məşqçi 2014-2016-cı illərdə Argentina yığmasında işləyib.

Martino Paraqvay və Meksika seçmələrini də çalışdırıb. O, son olaraq 2019-2022-ci illərdə Meksika yığmasının sükanı arxasında olub.

ANAR

Bənzər xəbərlər