featured-image-63994

Argentina millisinin kapitanı Lionel Messi gələcəyi ilə bağlı qərarını qətiləşdirməyib.

Msport.az xəbər verir ki, 37 yaşlı hücumçu özü bu barədə açıqlama verib.

ABŞ-ın “İnter Mayami” klubunda çıxış edən ulduz futbolçu bütün diqqətini DÇ-2026-ya yönəltdiyini etiraf edib: “Hazırkı vəziyyətə görə addım atıram. Əlbəttə, desəm ki, dünya çempionatı barədə düşünmürəm, yalan olar. Mundial fikrimdən çıxmır. Gələcəyimlə bağlı qərar vermək baxımından bu il həlledici olacaq”.

Qeyd edək ki, Lionel Messi 2023-cü ildən “İnter Mayami”nin formasını geyinir. O, 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olub.

Bənzər xəbərlər