Messi oynadı, komandası heç-heçə etdi
Argentina millisinin futbolçusu Lionel Messi ABŞ-ın “İnter Mayami” klubunda növbəti oyununu keçirib.
Msport.az xəbər verir ki, komanda MLS-dəki növbəti matçında “Atlanta Yunayted”in qonağı olub.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Zədəsini sağaldan Messi 61-ci dəqiqədə oyuna daxil olub.
Qeyd edək ki, “İnter Mayami” hazırda 63 xalla liderdir.