Messi özünün premium şərab brendini təqdim etdi
Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi özünün premium şərab brendini təqdim edib.
Msport.az-ın məlumatına görə, 37 yaşlı hücumçu içkiləri “Mm Winemaker” şərab zavodu ilə əməkdaşlıq çərçivəsində hazırlatdırıb.
Şərabın iki çeşidi təqdim edilib. Bunlardan biri ağ, digəri qara etiketli şüşələrdədir. Hər ikisində Messinin silueti əks olunub.
Bir şüşənin qiyməti 60,32 avrodur.
Qeyd edək ki, Lionel Messi cari mövsüm “İnter Mayami”nin heyətində bütün yarışlarda 22 oyuna 21 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.